Bayramov gürcüstanlı həmkarı ilə danışdı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yenidən təyin edilmiş xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyindən Demedia.az-a verilən məlumata görə, C.Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində yenidən xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb.
Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər.
Nazirlər həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.