MM Prezidentə təbrik məktubu göndərdi
7 fevral prezident seçkiləri tariximizə Zəfər seçkiləri kimi daxil olub.
Demedia.az xəbər verir ki, bunu paralamentin bu günki iclasında Milli Məclisin spikeri Sahibə Qafarova deyib.
O qeyd edib ki, Milli Məclis Prezident seçkilərindəki qələbəsi münasibəti ilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib:
“İlham Əliyev son 20 ildə Azərbaycan dövlətinin qarşısında duran mühüm məsələləri həll edib. Bundan sonra da dövlətimizin qarşısında duran mühüm məsələlərin həllini təmin edəcək".