ABŞ Prezidentinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək



 14:31 17.02.2024     401

ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Demedia.az xəbər verir ki, Prezident İlham Əliyev fevralın 17-də Münxendə Con Kerri ilə görüşü zamanı onu COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.

Con Kerri isə COP29-da məmnuniyyətlə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, COP29 cari ilin noyabrında Azərbaycanda keçiriləcək.