Paşinyan və ATƏT-in fəaliyyətdə olan sədri Münhendə görüşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici və Avropa işləri və ticarət naziri Yan Borqla görüşüb.
Demedia.az verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Nikol Paşinyan və Yan Borq Cənubi Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Baş nazir Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində erməni tərəfinin prinsiplərinə istinad edib.
Eyni zamanda, regional sabitliyə və təhlükəsizliyə töhfə vermək üçün ATƏT-in mandatına uyğun olaraq qurumun vasitələrindən səmərəli istifadə edilməsi vurğulanıb.
Çoxsahəli əməkdaşlıq və Ermənistan və Malta arasında əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib. İkitərəfli yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili vurğulanıb.