Ərdoğan mədən faciəsindən sonra vəzifəli şəxsləri işdən çıxardı



 16:20 23.02.2024     235

Türkiyənin Ərzincan şəhərindəki qızıl mədənində torpaq sürüşməsi səbəbindən Energetika və Təbii Sərvətlər Nazirliyndə bir neçə vəzifəli şəxs iş yerini tirib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan fərman imzalayıb.

Fərmana əsasən, Energetika və Təbii Sərvətlər Nazirliyndə Türkiyə Kömür Müəssisələrinin (TKİ) baş direktor müavini Ayhan Kandemir, Mineral Tədqiqat və Kəşfiyyat idarəsinin (MTA) baş direktor müavini Abdulkerim Aydındağ, Mədən və Neft İşləri üzrə baş direktor müavinləri Bayram Arı və Sami Sarıyıldız, eyni zamanda Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyindən Su Təsərrüfatı Baş Müdirin müavinləri Maruf Aras və Mustafa Uzun, Dövlət Su İşləri (DSİ) baş müdirin müavinləri Murat Alp və Abdullah Ekin vəzifələrindən azad edilib.

Qeyd edək ki, Prezident Ərdoğanın imzası ilə dərc edilən qərarlara əsasən, Hurşit Yıldırım ədliyyə nazirinin müavini təyin olunub. Xəzinədarlıq və Maliyyə, Mədəniyyət və Turizm, Səhiyyə, Nəqliyyat və İnfrastruktur Nazirliklərinin yuxarı strukturlarına da yeni təyinatlar olub.