Məzahir Pənahov işdən çıxarılıb?



 11:30 08.04.2022     1592

Bakı Dövlət Universiteti (BDU) Məzahir Pənahovun Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Universitetdən Demediaz-a bildirilib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun bu günlərdə qeyd olunan kafedranın müdiri vəzifəsindən azad olunmasına dair məlumat həqiqətə uyğun deyil.

Qeyd olunub ki, Məzahir Pənahov indi yox, 27 may 2019-cu ildə öz ərizəsi ilə işdən azad olunub.

BDU-dan həmçinin bildirilib ki, Fizika fakültənin Elmi Şurasının qərarı ilə bu ilin yanvarın 27-də Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə Rəhim Rəhimov seçilib.