Ceyhun Bayramov Lavrovla görüşdü - Yeniləndi



 16:38 01.03.2024     414

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla regionda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər.

Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirib.

Nazirlər, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi barədə danışıblar.

xxx

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Demedia.az xəbər verir ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Onların müzakirə etdikləri məsələlər hələ ki açıqlanmayıb.