"Rusiya və Ermənistan ittifaq dövləti YARADA BİLƏR"
“İnteqrasiyanın dərəcəsi iştirakçı ölkənin özünün seçimindən asılıdır”.
Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri “Armenpress” agentliyinə müsahibəsində bildirib. O, Ermənistan və Rusiyanın birlik dövlətinin yaradılması imkanından danışıb.
Sergey Kopırkin əmindir ki, inteqrasiya prosesləri vacibdir, lakin onun formatlarını həm ölkələrin ehtiyacları, həm də hər birinin fərdi seçimi diktə edir.
“İndi Rusiya mövcud inteqrasiya formatları – KTMT, Aİİ çərçivəsində baş verənlərə böyük əhəmiyyət verir. Bu, bizim münasibətlərimizin mühüm hissəsidir.
Bu inteqrasiya prosesləri hər bir iştirakçı dövlətin suveren seçiminin siyasi iradəsinin nəticəsidir”, – deyə səfir bildirib.
Kopırkin Ermənistan-Rusiya münasibətlərinin gələcəyindən də danışıb.
“Ermənistan-Rusiya münasibətlərinin gələcəyi də inteqrasiya prosesləri ilə sıx bağlıdır. Bundan əlavə, Rusiya ilə Ermənistan arasında münasibətlər bu gün ölkələrimizin üzləşdiyi yeni çağırışlara uyğunlaşmalıdır.
Ermənistanın Rusiyada bizə müttəfiq, qardaş ölkə kimi baxılması SSRİ-nin dağılmasından sonra başlayan 30 illik uğurlu yolun sübutudur”, – Kopırkin əlavə edib. / Konkret.az