Ərdoğan nazirləri toplayır: Azərbaycanla bağlı məsələ müzakirə ediləcək



 09:12 12.04.2022     2774

Türkiyə Nazirlər Kabinetinin bu gün  keçiriləcək toplatısında Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edəcək.

Demedia.az "TRT Haber"ə istinadən xəbər verir ki, toplantıda həmçinin Rusiya-Ukrayna müharibəsi, Türkiyədə iqtisadi vəziyyət və başqa məsələlər müzakirə olunacaq.

Kabinetin müzakirə edəcəyi məsələlərdən biri də terrorçuluğa qarşı mübarizə və yay fəslində davam edəcək əməliyyatlar da var.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasdan sonra ölkə əhalisinə müraciət edəcək.