Quterreş Ərdoğan, Zelenski və Putinə məktublar göndərib
BMT-nin baş katibi Antoniu Quterreş Türkiyə, Ukrayna və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğana, Volodimir Zelenskiyə və Vladimir Putinə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təkliflərin olduğu məktib göndərib.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilat rəhbərinin nümayəndəsi Stefan Dujarrik bildirib.
"Biz bütün tərəflərlə açıq ticarətin, ərzaq axınının və gəmiçiliyin təhlükəsizliyinin qorunması üçün müzakirələrimizi davam etdiririk. Bununla əlaqədar, fevral ayında baş katib Rusiya Federasiyası, Türkiyə və Ukrayna prezidentlərinə məktublar göndərdi", - o deyib.
Dujarrik qeyd edib ki, Quttereş məktublarda bu istiqamətdə "mülki naviqasiya azadlığının BMT-nin davam edən səylərinin əsas mövzusu olaraq qaldığını" və "qida və ticarət yollarının təhlükəsiz, davamlı və proqnozlaşdırıla biləcəyini" vurğulayıb.
Dujarrik vurğulayıb ki, Qara dəniz taxıl təşəbbüsünün dərslərini nəzərə alaraq, BMT Qara dənizdə kommersiya gəmiçiliyi risklərinin daha da azaldılması məqsədilə Türkiyə, Rusiya Federasiyası, Ukrayna və digər müvafiq tərəflərlə fəal qarşılıqlı fəaliyyətini davam etdirir.