Naxçıvanda ağır qəza: 3 ölü, 4 yaralı



 14:00 19.03.2024     248

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demedia.az xəbər verir ki, hadisə Babək rayon Vayxır kəndi ərazisində qeydə alınıb. Belə ki, "Niva" ilə "Santafe" markalı avtomobil toqquşub. Hadisə nəticəsində, "Niva"da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu ölüb. Əhmədov Pərvin Məhəmməd oğlu isə ağır bədən xəsarətləri alıb.

"Santafe"də olan 3 sərnişin - Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu ağır yaralanıb. Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin ağır olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.