Paşinyan Brüsselə getdi



 23:48 20.03.2024     163

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib.

Demedia.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Paşinyan martın 21-də Brüsseldə ilk Nüvə Enerjisi Sammitində iştirak edəcək.

Paşinyanla xarici partnyorlar arasında ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.