Paşinyan Brüsseldə fon der Leyen və Blinkenlə görüşəcək



 12:00 21.03.2024     185

Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçiriləcək. Bu görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yolları müzakirə olunacaq.

Demedia.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

"Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarını müzakirə etmək üçün bu il aprelin 5-də Brüsseldə sədr fon der Leyen, baş nazir Paşinyan və dövlət katibi Blinken arasında görüş planlaşdırılır. Tədbir həmçinin Ermənistanın davamlılığını artırmaq məqsədi daşıyır. Yaxın vaxtlarda bu barədə daha ətraflı danışmaq mümkün olacaq", - Qriqoryan bildirib.