Berdiməhəmmədov ikinci kitabını yazdı



 12:45 24.03.2024     205

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Anau - minilliklərə gedib çıxan mədəniyyət” adlı ikinci kitabını yazıb.

Demedia.az  xəbər verir ki, o, bu barədə ölkənin Nazirlər Kabinetinin iclasında bildirib.

Dövlət başçısının sözlərinə görə, kitab Anau şəhərinin 2024-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə yazılıb.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Sərdar Berdiməhəmmədov “Gənclik Vətənin dayağıdır” adlı ilk kitabını təqdim edib.