“Onların heç biri ipoteka götürə bilmir”



 14:21 29.03.2024     291

“İpotekanın verilməsi şərtləri yüngülləşməlidir. Dövlət, dövlət başçısı istəyir ki, hər bir vətəndaşı yaxşı yaşasın”.

Demedia.az xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib.

“Əfsuslar olsun ki, ipoteka kreditindən daha çox dövlət qulluğunda çalışanlar geniş şəkildə istifadə edə bilirlər. Digər şəxslərin bu ipoteka kreditindən bəhrələnməyi çətindir. Götürək, bənna, zərgər, bərbər, çilingər və s. heç biri ipoteka götürə bilmir. Bunlar vergi ödəyiciləridir.

Təhqiqat göstərir ki, cəmi 3 nəfər jurnalist ipoteka krediti ala bilib. Bizdə nə qədər sayt, sayt rəhbəri var. Qeydiyyatdan keçmiş, əməkhaqqı yüksək jurnalistlər var. İpoteka götürmək istəyəndə isə onlara elə münasibət göstərirlər ki, sanki bu işləri müvəqqətidir. Jurnalist var, 20 ildir eyni saytda işləyir, bu günə qədər ipoteka krediti ala bilmir. Bundan əlavə, kəndə verilən ipoteka ilə şəhərə verilən ipoteka arasında fərq olmalıdır. Gənc ailə, gənc müəllim kənddən ev alıb yaşaya bilməlidir”, - deyə millət vəkili vurğulayıb.