Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb



 11:20 01.04.2024     143

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb.

Bu barədə Oxu.Az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 21-də Azərbaycan vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.