Paşinyanla bağlı yayılan 1 aprel "zarafat"ı: Öz liderini lağa qoyan ermənilər



 15:02 01.04.2024     197

Ermənistan mətbuatında Nikol Paşinyanın istefası ilə bağlı çıxan yazıların 1 aprel – Gülüş günü ilə əlaqədar "zarafat" olduğu üzə çıxıb.

Xəbər tirajlandıqdan sonra erməni saytlarından silinib.

Lakin istənilən halda sözügedən hadisə erməni cəmiyyətinin baş nazirə qarşı mövqeyini ortaya qoyub. Belə ki, Paşinyanın istefasının erməni cəmiyyətində gülüş obyekti kimi görülməsi, sevinc yaradacaq şad xəbər kimi təqdim olunması erməni hökumətinin xalq arasındakı nüfuzundan xəbər verir.

Yayılan xəbər göstərir ki, Nikol Paşinyan hakimiyyəti xalq arasında sevilmir və xalq öz liderinə qarşı istənilən istehza və kinayəni məqbul hesab edir.