Xankəndidə silah-sursat aşkar edildi



 10:30 02.04.2024     255

Xankəndidə silah-sursat aşkar edilib.

DİN-dən Demedia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 1-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.