Erməni deputatların Qarabağa buraxılmamasına Mirzoyandan REAKSİYA



 09:58 14.04.2022     439

Rusiya sülhməramlıları erməni deputatları Qarabağa buraxmayıblar.

Demedia.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuata açıqlamasında bildirib.

XİN başçısının sözlərinə görə, Rusiya sülhməramlıları mümkün təxribatların qarşısını almaq üçün erməni deputatların Qarabağa daxil olmasına icazə verməyiblər.

Qeyd edək ki, müxalif "Hayastan" (“Ermənistan”) və “Badiv unem" (“Şərəfim var") fraksiyalarını təmsil edən deputatlar parlamentin dördgünlük iclasını boykot edərək Qarabağa getmək istəsələr də, sülhməramlılar qanunsuz səfərə icazə verməyiblər. (modern.az)