XİN: Mina təhlükəsinə son qoymaq üçün beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var



 20:58 12.04.2024     310

Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var.

Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsindəki paylaşımında deyilir.

"Daha iki mülki şəxs Ermənistanın yerləşdirdiyi minanın qurbanı olub. 2020-ci ildə müharibə bitdikdən sonra qurbanların sayı 352 nəfərə çatıb", - paylaşımda qeyd edilir.