Bakıda 1 sot torpaq 1,5 milyon manata satılır - FOTO



 15:15 16.04.2024     331

Bakıda torpağın bir sotunun 1 milyon manata satıldığı ərazilər var.

Demedia.az Yenisabah.az-a istinadən xəbər verir ki, ən bahalı torpaq sahələri Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarında yerləşir.

Sözügedən ərazilərdə, xüsusilə yol kənarlarında olan sahələrinin qiyməti isə günü-gündən kəskin artmaqdadır.

Hazırda satışa çıxarılan ən bahalı torpaq sahələrinin qiymətlərini təqdim edirik:

Səbail rayonu, Lev Tolstoy küçəsində yerləşən 9 sot torpağın qiyməti 5 milyon manatdır.

Səbail rayonu, Badamdar qəsəbəsi, Milli məclisin arxasında yerləşən Ümumi sahəsi 9 sot olan torpaq isə 3 milyon 700 min manata satılır.

Yasamal rayonu Elmlər metrostasiyası yaxınlığında yerləşən 8 sot torpaq sahəsi alıcılara 3 milyon manata təklif olunur.

N.Nərimanov rayonu, Gənclik metrostansiyası yaxınlığında, Məmməd Araz küçəsində, (keçmiş Teymur Əliyev küçəsi) ümumi sahəsi 9 sot olan torpaq 2 milyon 800 min manata satılır.

Badamdarda 2-ci massivdə 9 sot torpaq sahəsi 2 milyon 250 min manata satılır.

Yasamal rayonu, Bakı Apellyasiya Məhkəməsi və Texniki universitetin yanında ümumi sahəsi 4 sot olan torpaq 1 milyon 800 min manata təklif edilir.

Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi ilə paralel olan ərazidə torpağın bir sotu 1 milyon 500 min manatadır.

Səbail rayonu, İçərişəhər - Axundov bağının yaxınlığında, yol kənarı mülkiyyətdə olan 2.5 sot torpaq sahəsi 1 milyon 105 min manata satılır.

Nəsimi rayonu Azər Əliyev və Həsən Əliyev (keçmiş İnqilab) küçələrindən girişi olan ərazidə ümumi sahəsi 6,36 sot olan torpaq sahəsi 1 milyon yarıma təklif edilir.