İlham Əliyev Berlində mühüm tədbirdə iştirak edir



 11:14 26.04.2024     284

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir.

Əvvəlcə ailə fotosu çəkdirilib.

**

Almaniyanın paytaxtı Berlində XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.

Prezident İlham Əliyev Berlində aprelin 26-da keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun tədbirdə çıxışı gözlənilir.

Xatırladaq ki, Azərbaycan lideri Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 25-də Almaniyaya işgüzar səfər edib. İlham Əliyevin səfər çərçivəsində Almaniya Prezidenti Frank Valter-Ştaynmayer, Kansler Olaf Şolts və xarici işlər naziri Annalena Berbok ilə görüşü nəzərdə tutulub.