Hərbi qulluqçunun vəzifələri artırılır



 12:10 07.05.2024     287

Hərbi qulluqçunun vəzifələri artırılır.

Demedia.az xəbər verir ki, bu, Mili Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu vəzifələr sırasına silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsini beynəlxalq qaydalarını öyrənmək və ona riayət etmək daxil edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.