Bakıda 41 yaşlı prokuror faicəvi şəkildə öldü



 13:37 07.05.2024     311

Bakıda prokuror yol qəzasında vəfat edib.

Demedia.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə bu gün baş verib.

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayev qəzada aldığı xəsarətlərdən dünyasını dəyişib.

M.Abdullayev doğulduğu Gəncə şəhərində dəfn olunacaq.

Hadisə ilə bağlı araşdırma aparılır.

M.Abdullayev daha əvvəl Nəsimi Rayon Prokurorluğunda müstəntiq və baş müstəntiq vəzifələrində də çalışıb.