Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatdı



 16:30 07.05.2024     35

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Asim Nadir oğlu Səfərovla Qəbələ rayonunun Qəmərvan kəndində keçirilən vida mərasimi başa çatıb.

Demedia.az xəbər verir ki, şəhidin nəşi dəfn olunmaq üçün Qəmərvan kənd qəbiristanlığına aparılır.

xxx

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Asim Nadir oğlu Səfərovun meyitinin qalıqları Qəbələ rayonuna gətirilib.

Demedia.az xəbər verir ki, şəhidin nəşi rayonun Qəmərvan kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Səfərov Asim Nadir oğlu 1975-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. O, 1994-cü ilin yanvarın 10-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

A.Səfərov Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.