Əli Əsədov qərar imzaladı



 10:36 14.05.2024     322

Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib.

Demedia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərarla Komissiyanın üzvləri sırasına “xarici işlər nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini" əlavə edilib.