Rusiya XİN: Qazaxıstanın Azərbaycan və Ermənistan arasında danışıqlara dair təşəbbüsünü alqışlayırıq



 16:43 15.05.2024     301

Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində sülh sazişi üzrə danışıqların keçirilməsini alqışlayır.

Demedia.az-ın Report-a istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O bildirib ki, bu, Cənubi Qafqazda davamlı sülhə və firavanlığa nail olmaq üçün daha bir addımdır.

M.Zaxarova Qazaxıstanda üçtərəfli bəyanata uyğun təmasların vacibliyini qeyd edib: “Biz Qazaxıstanın bu istiqamətdə səylərini dəstəkləyirik və lazım gələrsə, tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırıq. Almatıdakı təmasların Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanata uyğun olması vacibdir”.