Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxıblar



 15:12 17.05.2024     321

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. 

Demedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.