Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsi... - Bayden



 18:00 25.05.2024     272

ABŞ Prezidenti Cozef Bayden Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinə yönəlik addımlarını alqışladığını bildirib.

Demedia.az-ın məlumatına görə, Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda Cozef Bayden Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda ABŞ-nin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq etdiyini bəyan edib:

"Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq".