Avstraliya parlamentində Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul təşkil olunub
Avstraliyanın parlamentində 28 May – Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul təşkil olunub.
Demedia.az xəbər verir ki, bu barədə Azərbaycanın İttifaqdakı səfirliyi məlumat yayıb.
“Avstraliya İttifaqının Federal Parlamentində Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu və Səfirliyin birgə təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqillik Günü ilə bağlı rəsmi qəbul təşkil olunmuşdur”, – diplomatik missiyanın mətbuat xidməti nəql edib.
Qeyd olunub ki, “senator və konqresmenlərin, dövlət rəsmilərinin və diplomatik nümayəndəliklərin rəhbərlərinin iştirak etdiyi tədbirdə yeni təsis olunmuş dostluq qrupunun inaqurasiya mərasimi keçirilmişdir”.