Röyanın villadaki istirahəti burnundan gəldi – "həyətə "basqın" etdilər" - VİDEO



 15:58 04.06.2024     391

Xalq artisti Röya Ayxanın başına iş gəlib. 

Demedia.az bizim.media-ya istinadən bildirir ki, sənətçinin Mərdəkandakı lüks bağ evinə ağcaqanadlar kütləvi şəkildə hücum edib. 

İstirahəti burnundan gələn Xalq artisti çarəni həşəratlara qarşı dezinfeksiya işləri aparmaqda görüb. Həmin anları isə Röya çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Müğənni videoda "İki gün əvvəl ağcaqanadlardan qurtulmaq üçün həyəti dərmanladıq. Küləyə görə 10 dəqiqəyə həyətə basqın etdilər. Elə bil ki, ağcaqanadlar "Torqovı"da gəzməyə gəlmişdilər (gülür)" sözlərini dilə gətirib. 

Qeyd edək ki, Röya Ayxan eyni hal ilə ötən mövsümün yayında da üzləşib.