İrəvan-Sevan yolunda hərəkət bərpa edildi



 11:19 07.06.2024     321

İrəvan-Sevan yolunda dünən baş verən partlayışdan sonra avtomobillərin hərəkəti tam bərpa edilib.

Demedia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. 

Xatırladaq ki, iyunun 6-da axşam saatlarında İrəvan-Sevan yolunda yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Belə ki, məntəqədə maye qaz çənləri partlayıb və nəticədə yanğın başlayıb. İnsident zamanı 7 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.