Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
Ermənistanın baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Çjan Minqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Demedia.az xəbər verir ki, Nikol Paşinyan təşkilatla əməkdaşlığın inkişaf etdirildiyini vurğulayıb.
Baş nazir qeyd edib ki, Ermənistan geniş regional əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır və Ermənistan hökumətinin "Sülhün kəsişməsi" layihəsinə toxunub.
Zhang Ming Şanxay Əməkdaşlıq Təşkilatı Katibliyinin Ermənistanla qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Həmsöhbətlər Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyəti və gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.