Azərbaycan XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş “parlament seçkiləri”ni tanımırıq



 18:14 09.06.2024     276

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 9 iyun 2024-cü il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.

Demedia.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin bəyanatında bildirilib.