Dövlət tərəfindən futbola ayrılan vəsait artırılacaq? - AÇIQLAMA



 15:01 11.06.2024     311

2024/2025-ci illər mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq klublara dövlət tərəfindən ayrılacaq maliyyənin məbləği müəyyənləşib.

Demedia.az xəbər verir ki, bu haqda jurnalistlərə müsahibəsində AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat çatdırıb. Federasiya rəsmisi mətbuatda məbləğin 4 milyon manat olacağı ilə bağlı yazılan xəbərlərə belə münasibət bildirib:

"Məbləğin 4 milyon manat olması ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Hazırda olan məlumata görə, 3 milyon manat olduğu kimi qalır, artırılması nəzərdə tutulmur".

Xatırladaq ki, ötən mövsüm Premyer Liqa təmsilçilərinə müxtəlif tələblər əsasında 3 milyon manat ödənilib. Ümumilikdə elita iştirakçılarına 30 milyon manat dəstək göstərilib. Birinci Liqada bu məbləğ 3 milyon manat, İkinci Liqada isə 700 min manat olub.