Dövlət Komitəsinin sədri Gürcüstanda səfərdədir



 17:15 12.06.2024     288

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Gürcüstanda səfərdədir.

Demedia.az Report-a istinadən xəbər verir ki, o, səfər çərçivəsində iyunun 12-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub.

R.Məmmədov, həmçinin Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edib, abidə önünə əklil qoyub.