Tofiq Yaqublunun məhkəməsi başladı



 17:10 14.06.2024     333

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Demedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinatətlər Məhkəməsində keçirilən iclasda müttəhimlərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Həbsdə mühakimə edilən təqisirləndirilən şəxslərin də ikisi dələduzluqda ittiham olunur.

Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda Yaqublunun vəkili bir neçə vəsatətlə çıxış edib. Vəkil müvəkilinin cinayət işinə xitam verilməsini, əks halda ev dustaqlığına buraxılmasını istəyib.

Prokuror qaldırılan vəsatətlərin əsassız olduğu üçün təmin edilməməli olduğunu deyib. Məhkəmə prokurorla razılaşıb. Vəsatətlər əsassız sayılaraq rədd edilib. 

İlk baxış iclası iyunun 21-nə təyin edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və  320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham verilib.