Putinin yüksək vəzifə verdiyi şəxs görün kim imiş



 19:00 18.06.2024     173

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Anna Çivilevanı müdafiə nazirinin müavini vəzifəsinə təyin edib.

Demedia.az  axar.az-a istinadən xəbər verir ki, Rusiya Teleqram kanalları Anna Çivilevanın (qızlıq soyadı Putinadır) Putinin əmisi qızı olduğunu yazıb.

Onun əri isə Sergey Çivilev isə bu ilin mayında energetika naziri təyin edilib.

Bildirilir ki, Çivileva yeni vəzifəsində hərbçilərin sosial və mənzil təminatına cavabdeh olacaq.