Klaar Azərbaycan və Ermənistan nümayəndələri ilə müzakirələr apardı



 23:11 21.04.2022     635

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan baş nazir müavinləri ilə görüşüb.

Demedia.az xəbər verir ki, bu barədə nümayəndə tviter hesabında yazıb.

“Ötən gün Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə, bu gün isə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla kommunikasiyaların açılması ilə bağlı görüşüm oldu. Hər iki tərəfdən güclü öhdəlik görmək çox yaxşıdır”, - paylaşımda bildirilir.

Excellent meetings yesterday with deputy PM Shahin Mustafayev and today with deputy PM Mher Grigoryan about reopening of communications. Good to see strong commitment from both sides.

— Toivo Klaar (@ToivoKlaar) April 21, 2022