Rafael Cəbrayılovun qardaşı həbs olundu



 15:30 22.04.2022     512

Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat, həbsdə vəfat etmiş Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun barəsində məhkəmə qərarından apellyasiya protestinə baxılıb.

Qazet.az xəbər verir ki,hakim Habil Məmmədovun araşdırdığı şikayətlə bağlı qərar elan edilib.

Qeyd edək ki, Elşən Cəbrayılovun müxtəlif şəxslərə qarşı dələduzluq edərək onların külli miqdarda əmlaklarının ələ keçirməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan cinayət işi üzrə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş təqdimat Nərimanov rayon Məhkəməsi tərəfindən bu yaxınlarda təmin edilməmiş və azadlığa buraxılmışdı.

Nərimanov Rayon Prokurorluğunun həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə verdiyi protest əsasında bu gün protestə baxılıb və əsaslı hesab edilərək təmin edilib.

Elşən Cəbrayılov barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilərək, məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, Elşən Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdu.