İlham Əliyev Astanadakı "Müstəqillik" Sarayında
İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plus" formatında keçirilən görüşdə iştirak etmək üçün "Müstəqillik" Sarayına gedib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısını qarşılayıb.