Zelenski vasitəçi kimi çıxış edə biləcək ölkələrin adını açıqladı



 17:00 04.07.2024     468

Rusiya ilə danışıqlar aparılacağı təqdirdə ABŞ və Çin vasitəçi ola bilər. Bu, Ukrayna üçün müharibənin ədalətli başa çatmasına imkan verəcək.

Demedia.az xəbər verir ki, bunu “Bloomberg” agentliyinə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Bilirəm ki, ABŞ və Çinin çoxlu sualları var. Mənə elə gəlir ki, bu müharibənin Ukrayna və bütün dünya üçün ədalətli bitməsini istəyiriksə, Putini birlikdə dayandırmaq naminə haradasa mövqelər tapmalı olacaqlar. Hər biri öz yolu ilə, amma birlikdə”, - deyə Ukrayna prezidenti qeyd edib.

Onun sözlərinə görə, əks halda müharibəyə son qoyulması təklif olunacaq və bu, Ukrayna üçün ədalətli olmayacaq:

“Rusiya oyun oynayacaq, Putin görəcək ki, dünyanın əksər hissəsi Ukraynanın tərəfində deyil və dünya bölünüb. O və komandası daim bunun üzərində işləyir. Ona görə də mənə elə gəlir ki, ən güclü vasitə ABŞ və Çinin qarşılıqlı təzyiqidir”.