Şimali Kipr lideri də Şuşaya gəlir



 20:00 04.07.2024     429

Şimali Kipr Türk Respublikası (ŞKTR) iyunun 5-də başlayacaq və iki gün davam edəcək Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcək.

Demedia.az "Haber Global"a istinadla xəbər verir ki, ŞKTR ilk dəfə olaraq təşkilatın tədbirinə dövlət başçısı səviyyəsində qatılacaq. TDT-də müşahidəçi statusuna malik dövləti Prezident Ersin Tatar təmsil edəcək.

Bildirilir ki, ŞKTR liderinin Zirvə görüşündəki iştirakı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi dəvəti əsasında mümkün olub. Digər türk dövlətlərinin Şimali Kiprə dəstəyi isə Yunanıstanda narahatlıq yaradıb.