Ərdoğan Pezeşkiyanla telefonla danışdı



 19:00 08.07.2024     360

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkiyanla telefonla danışıb.

Demedia.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan Pezeşkiyanı seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Onlar ikitərəfli və regional məsələləri müzakirə ediblər. Türkiyə lideri ikitərəfli əlaqələrin bütün sahələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.