Alen Simonyan: Ermənistanla Azərbaycan arasında sülh...
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Azərbaycanla sülhün bərqərar olacağına ümid etdiyini bildirib.
Demedia.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu o, parlamentin növbədənkənar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Alma-Ata Bəyannaməsinin prinsiplərinə uyğun olaraq sərhədin delimitasiyası prosesi başa çatdırılmalı və bununla da iki dağıdıcı müharibəyə səbəb olan, onilliklərlə davam edən düşmənçiliyə son qoyulmalıdır.