Bu şəxslər viza tələbindən azad edildi



 14:20 15.07.2024     469

Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad ediblər.

Demedia.az  xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il mayın 4-də Bancul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilməsi ilə bağlı Sərəncam imzalayıb.