Azərin “bozqurd” işarəsi göstərdi, Ərdoğan alqışladı -VİDEO



 11:30 16.07.2024     607

Türkiyədə keçirilən 15 İyul Türkiyədə - Demokratiya və Milli Birlik Gününə həsr olunmuş anım tədbirində Xalq artisti Azərin səhnəyə çıxıb.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı Prezident iqamətgahında keçirilən tədbirdə “Çırpınırdı Qara dəniz” mahnısını oxuyub.

Sənətçi ifasının sonunda milli futbolçu Merih Dəmiralın Avropa çempionatında cəzalandırılmasına səbəb olan “bozqurd” işarəsini göstərib. Tədbirdə iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Azərini alqışlayıblar.