İrəvanla bu formatda danışıqlara hazırıq - Prezident



 21:38 23.04.2022     992

Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən edib və qarşı tərəflə “Bakı-İrəvan” formatında danışıqlara hazırdır.

Demedia.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlətimizin başçısı, həmçinin sülh müqaviləsi üzrə danışıqlar üçün Azərbaycanın təqdim etdiyi beş prinsipin əsas götürüldüyünün vacibliyini vurğulayıb.