Putinlə Ərdoğan Ukraynanı müzakirə edib



 14:54 26.04.2022     1169

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Demedia.az "Haber Global"a istinadla xəbər verir ki, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, görüşlə bağlı ətraflı izahat daha sonra veriləcək.