Türkiyə TŞ Azərbaycan- Ermənistan və İran-İsrail münasibətlərini müzakirə edəcək



 10:29 03.10.2024     341

Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının (TŞ) iclası keçiriləcək.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, toplantının əsas mövzularından biri Yaxın Şərqdəki durum olacaq.

Müharibənin Livan ərazisinə keçməsi və İranın İsrailə raket zərbələri, həmçinin Türkiyənin mövqeyi iclasda geniş müzakirə olunacaq.

Bundan başqa, toplantıda Azərbaycanla Ermənistan arasında münasibətlər barədə də fikir mübadiləsi aparılacaq.

Həmçinin, Şərqi Avropada davam edən müharibə və terrorla mübarizə də gündəlikdədir.